“Deputatlıq nə böyük şey oldu ki...” - Qalib Salahzadə
19-09-2015, 11:53
Milli Məclisin deputatı Qalib Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq, ölkəyə qayıdaraq deputatlığa namizədliyinin verilməsi istiqamətində danışıqlara başlaması ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Q.Salahzadə Trend-ə Həcc ziyarətini yarımçıq qoyub, geri dönməsini təsdiqləsə də, deputatlığa namizədliklə bağlı informasiyanın əsassız olduğunu deyib: “Deputatlıq nə böyük şey oldu ki, mən buna görə, siyasi mənsubiyyətimdən imtina edim. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya məsləhət bilirsə ki, seçkilərdə iştirak etməyim, sözsüz, iştirak etməyəcəm. Mən hələ seçkidən qabaq mətbuata açıqlama vermişdim ki, YAP-ın siyahısında adım olmasa, seçkilərə qatılmayacam”. Xatırladaq ki, YAP-ın seçki siyahısında Q.Salahzadənin namizədliyi irəli sürülməyib.