Xəzərdə 25 yaşlı oğlan batdı - 1 NƏFƏR XİLAS EDİLDİ

29-07-2018, 19:03           
Xəzərdə 25 yaşlı oğlan batdı - 1 NƏFƏR XİLAS EDİLDİ
Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru