İsmayıllıda tələbə göldə boğularaq öldü

29-07-2018, 19:37           
İsmayıllıda tələbə göldə boğularaq öldü
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Buynuz kəndindəki göldə baş verib.

İsmayıllı şəhərinin Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib.

Ə. Hacıyevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 17 yaşlı Ə. Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olaraq tələbə adını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru