Meksikada 12 yaşlı yeniyetmə universitet tələbəsi olub

3-08-2018, 02:13           
Meksikada 12 yaşlı yeniyetmə universitet tələbəsi olub
Meksikada 12 yaşlı istedadlı oğlan ölkə tarixində ilk dəfə ən iri milli muxtariyyətə malik universitetin tələbəsi olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Karlos Antonio Santamariyunu universitetdə hələ doqquz yaşından tanıyırlar. O, kursu uğurla keçərək, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. İstedadlı oğlan gələcək təhsili üçün bioloji təbabəti seçib. Bu fənnin kursu avqustun 6-da başlayacaq.

"Yeganə tələbə olacaq ki, onu auditoriyanın qapısına valideynləri gətirəcək", - deyə universitetin məlumatında bildirilir.

"Mən sadəcə oxumaq istəyirəm. Əgər bunun üçün qapılar bağlansa, pəncərədən gələcəm", - deyə azyaşlı tələbə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.