Çində taksi sürücüsü hərəkətdə olan maşının sükanı arxasında yatıb - VİDEO

4-08-2018, 07:53           
Çində taksi sürücüsü hərəkətdə olan maşının sükanı arxasında yatıb - VİDEO
Çinin Şençjen şəhərində taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında bir dəqiqəyə yaxın yatıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, sürücü maşın yoldan çıxaraq maneəyə dəydikdən sonra yuxudan ayılıb.

Hadisə sürücü gecə növbəsini başa vuran zaman baş verib. O, işdən çıxarılıb. Ehtimal ki, sürücü həddindən artıq yorulduğu üçün sükan arxasında yuxulayıb. Xoşbəxtlikdən səhər yollar boş olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru