İranda Xəzər dənizinin adını dəyişdirirlər

18-09-2018, 11:20           
İranda Xəzər dənizinin adını dəyişdirirlər
“Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”.

“Report” İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xəritəçəkmə qurumunun sədri Məsud Şafi bildirib.

O deyib ki, hazırda beynəlxalq aləmdə bu dəniz “Kaspian” adlanır: “Biz onun daxili xəritələrdə də belə adlanmasını uyğun görürük.

Ötən il Körfəzlə bağlı yeni xəritə təqdim edilib. Yarım əsrdən sonra İran xəritələrində adları ingiliscə yazmağa nail olduq. Təbii olaraq, bu əhəmiyyətli hadisədə “Fars körfəzi” ifadəsi yayıldı. İndi dünyada bu addan istifadə edilir. Xəritələrimiz iki yerdə təsdiqlənib. Beynəlxalq Hidroqrafik Təşkilatda 5 mərhələdə təsdiqini səbrsizliklə gözləyirik. Bundan sonra isə çox əhəmiyyətli bir plan təqdim edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru