Moskvada Ermənistan vətəndaşı muzey direktorunu aldadaraq onun milyonlarla rublunu mənimsəyib

19-09-2018, 08:27           
Moskvada Ermənistan vətəndaşı muzey direktorunu aldadaraq onun milyonlarla rublunu mənimsəyib
Ermənistan vətəndaşı Rusiyada yazıçı Aleksandr Soljenitsinin mənzil muzeyinin direktorunu aldadaraq onun 12 milyon rublunu fırıldaqçılıq yolu ilə ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə "Moskva" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, polislər axtarış zamanı 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşını saxlayıblar. Məlum olub ki, fırıldaqçı muzeyin direktorunu almaz mədənlərinə pul yatırmağın sərfəli olmasına inandırıb. O, bu ilin 23 aprelində Zubovsk bulvarında direktordan 12 mln. rubl alıb.

Şübhəli şəxsin cinayət əməli ifşa olunub və ona qarşı külli miqdarda dələduzluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Agentliyinin məlumatına görə, şübhəli şəxs saxlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru