Open.az-ın məlumatına görə, sentyabrın 17-də 1993-cü il təvəllüdlü Məhəmmədəmin Aşurov Nizami rayonu Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edərək qardaşı, 1988-ci il təvəllüdlü Şöhrət Aşurovun sentyabrın 15-də işə getmək adı ilə evdən çıxıb geri qayıtmadığını bildirib. Daxil olan müraciət əsasında axtarışlara başlanıb.