Qobustanda zəlzələ baş verib 20-09-2018, 07:11 Qobustan rayonunda zəlzələ olub.Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 03:09-da Qobustan stansiyasından 17 km şimal-qərbdə Qobustan ərazisində zəlzələ qeydə alınıb.Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 7 km olub.Zəlzələ hiss olunmayıb. Facebook-da paylaş