Hindistanda “islam boşanması” qadağan olundu

20-09-2018, 07:55           
Hindistanda “islam boşanması” qadağan olundu
Hindistanda islam qaydaları ilə boşanma qadağan olunub.

Oxu.Az “Associated Press”ə istinadən xəbər verir ki, ölkə hökuməti müvafiq qanun layihəsini təsdiqləyib.

Ərin istənilən vaxt boşanma qərarını vermək haqqı qadınların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, Hindistanda 172 milyon müsəlman yaşayır. Onların əksəriyyəti sünnidir.

Hindistanda müsəlman kişi 3 dəfə ərəb sözü olan “talak” (boşanma) deməklə, nikahı birtərəfli qaydada poza bilər.

Yeni qaydaları pozan şəxsləri üç ilədək həbs cəzası gözləyir. Bundan sonra bu maddə ilə həbs olunacaq şəxslər girov müqabilində azadlığa çıxa bilməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru