Azərbaycanda neçə nəfər şizofreniya xəstəsi var? –RƏSMİ RƏQƏM

21-09-2018, 08:10           
Azərbaycanda neçə nəfər şizofreniya xəstəsi var? –RƏSMİ RƏQƏM
2017-ci ilin statistikasına görə, şizofreniya xəstələrinin sayı artıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2015 — 2017-ci illər üzrə şizofreniya diaqnozu ilə dispanser müşahidəsində olan xəstələrə dair statistik məlumatlar açıqlanıb.

Sputnik Azərbaycan-ın Statistika komitəsinə göndərdiyi sorğuya cavabda bildirilir ki, 2015-ci ildə 16344 nəfər şizofreniya xəstəsi qeydə alınıb, onlardan 9647 nəfəri kişi, 6697 nəfəri isə qadın olub. 2016-cı ilin statistikasında isə bu say 16535 nəfər olub. Qeydə alınanlardan 9677 nəfəri kişi, 6858 nəfəri qadın olub.

2017-ci ilin statistikasına görə, şizofreniya xəstələrinin sayı artıb. 16710 nəfər rəsmi olaraq qeydə alınıb. Onlardan 9696 nəfər kişi, 7014 nəfər isə qadındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru