Bakıda sərnişin hərəkətdə olan avtobusun qapısından yıxılaraq öldü
21-09-2018, 12:06
Bakıda marşrut avtobusunda ölüm olub.
Open.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində 113 saylı xətt avtobusunda qeydə alınıb. Avtobus hərəkətdə olarkən sərnişin, 1976-cı il təvəllüdlü Aybəniz Həmzə qızı Nəsirova arxa qapıdan yıxılaraq ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq gedir.