Bakıda kişi anasını döyüb öldürdü

21-09-2018, 20:48           
Bakıda kişi anasını döyüb öldürdü
Bakının Qaradağ rayonunda anasını öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Cəmil İslamovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb

Bu gün Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baş tutan qapalı iclasda prokurorluğun vəsatəti təmin edilib.

Məhkəmə Cəmilı İslamovun həbs müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edib.

İttihama görə, qətl hadisəsi bu ilin fevralın 25-də Ələt qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb.

Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.

Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Cəmil İslamov saxlanılıb.
pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.