ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

22-09-2018, 07:15           
ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb
ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

"Associated Press"in məlumatına görə, təbii hadisənin qurbanlarından 32-i Şimali Karolinanın payına düşür. Bundan əlavə, qasırğa Cənubi Karolina və Virciniyaya da zərər vurub.

Daha əvvəl qasırğa zamanı 41 nəfərin öldüyü bildirilirdi. "Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə bir neçə gün əvvəl çatıb və dərhal zəifləməyə başlayıb. Hazırda onun statusu fırtına dərəcəsinədək düşüb. Təbii hadisə ölkəyə həmçinin külli miqdarda maddi zərər vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru