Güclü yağış paytaxtda uçquna səbəb oldu - "Prado" altında qaldı...(FOTO)
23-09-2018, 11:41
Bu gün səhər saatlarından Bakıya yağan intensiv yağış fəsadlar törədib.
Teref.az publika.az-a istinadən xəbər verir ki, yağış suları Yasamal rayonu İzmir küçəsi 7 ünvanında yerləşən tikilidə uçquna səbəb olub. Belə ki, tikilinin bir hissəsi yaxınlıqda dayanmış "Toyota Prado” markalı avtomobilin üstünə uçub.