“İrşad Electronics”in rəhbərinin ÖLÜM SƏBƏBİ BİLİNDİ - İntihar edib...

24-09-2018, 14:57           
“İrşad Electronics”in rəhbərinin ÖLÜM SƏBƏBİ BİLİNDİ - İntihar edib...
Sentyabrın 14-də vəfat edən "İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Teref.az xəbər verir ki, bu barədə BAKU.WS-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğundan bildiriblər ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.

"İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, - deyə məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru