İranın cənubunda 4,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 00:14-də qeydə alınan yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 128 kilometr şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.