S-500 zenit-raket kompleksi üzərində iş bitmək üzrədir
27-09-2018, 07:01
“Rusiyada S-500 zenit-raket kompleksi üzərində iş bitmək üzrədir”. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
O qeyd edib ki, Rusiya istehsalı olan zenit-raket kompleksləri xarici analoqlarla müqayisədə daha üstündür.
Qeyd edək ki, S-500 raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri də, konkret olaraq aşağı orbitdə uçan peykləri vura bilər.