CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO

28-09-2018, 07:41           
CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO
CAR-da bir neçə on min arı dəstəsi təyyarələrdən birinin mühərrikində yuva salıb. Durban Kral Şaka Aeroportunun administrasiyası həşərətların yeni yaşayış yerlərini tərk etmək istəməmələri səbəbindən üç aviareysi təxirə salmalı olub.

“Report” xəbər verir ki, arıların təyyarəsində məskən saldığı "Mango Airlines" daşıyıcısının "Twitter" mikrobloquna yerləşdirilən məlumata görə, dəstələrdən bir hissəsi hətta bir qədər bal da toplaya bilib.

Sonda hava limanı əməkdaşları hadisə yerinə mütəxəssis çağırmalı olublar. Onlar əraziyə gəldikdən yarım saat sonra problemi həll ediblər.

Bildirilir ki, tüstüdən istifadə yuvaların mühərrikə və yanacaqötürmə sisteminə yaxın olması səbəbindən istisna edilib. Arıçılar həşəratları əlləri ilə qovaraq xüsusisi qəfəsə salıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru