Nazirlik hərbi zavodda baş verən yanğınla bağlı məlumat yaydı

28-09-2018, 20:02           
Nazirlik hərbi zavodda baş verən yanğınla bağlı məlumat yaydı
Bu gün saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zovdunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Open.az-ın Müdafiə Sənayesi Nazirliyinə (MSN) istinadən verdiyi xəbərə görə, yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

MSN kütləvi informasiya vasitələrinə (KİV) də müraciət edib. Müraciətdə bildirilir ki, hadisə ilə bağlı məlumat verərkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru