Feysbukda 50 milyon istifadəçinin profilinə hücum edilib

29-09-2018, 08:23           
Feysbukda 50 milyon istifadəçinin profilinə hücum edilib
Feysbuk şirkəti 25 sentyabr tarixində 50 milyon istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb.

Boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.

Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələlik bilinmir.

Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.

Məlumata görə, hakerlər Feysbukdakı “başqasının gözündən gör” funskiyasında boşluq tapıblar və profillərə oradan müdaxilə ediblər. Buna görə həmin funskiya müvəqqəti olaraq bağlanılıb.

Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.