Almaniyada naməlum şəxs bıçaqla insanlara hücum edib

29-09-2018, 08:37           
Almaniyada naməlum şəxs bıçaqla insanlara hücum edib
Almaniyanın Ravensburq şəhərinin meydanında naməlum şəxs qarşısına çıxan insanlara bıçaqla xəsarət yetirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə həmin federal torpaqda yerləşən Konstants şəhərinin polisi məlumat yayıb.

"Ravensburqun "Marienplatz" meydanında polis tərəfindən əməliyyat aparılır. Cani üç nəfəri bıçaqla yaralayıb. O, saxlanılıb", - deyə polisin "Twitter" səhifəsində yazılıb.

Bildirilir ki, caninin hücum etdiyi şəxslər ağır yaralanıblar.

"Schwäbische Zeitung" qəzeti yazır ki, naməlum şəxs xəbərdarlıq etmədən mətbəx bıçağı ilə insanlara hücum edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru