Bakıda dəhşətli qəza - Qatar sərnişin dolu avtobusla toqquşdu FOTOLAR+VİDEO
1-10-2018, 15:10
Bakıda sərnişin avtobusu qatarla toqquşub. Gundeminfo.az unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub. Ölən və yaralananlar var. Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.