Erməni əsilli məşhur fransız müğənni Şarl Aznavur 94 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Aznavur 1924-cü ildə Parisdə anadan olub. O, Avropadakı erməni diasporunun ən fəal üzvlərindən olub. Aznavur qondarma erməni soyqırımının əsas təbliğatçılarından biri olub. O, hətta Ermənistanın İsveçrədəki səfiri vəzifəsini də icra edib.