Bakıdakı dəhşətli qəzada ölənlərin sayı artdı

2-10-2018, 11:58           
Bakıdakı dəhşətli qəzada ölənlərin sayı artdı
Dünən Bakının Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan və 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həkimlərin səylərinə baxmayaraq, vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli isə qəza yerində ölüb.

Qeyd edək ki, hadisə nəticəsində daha 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Yaralılardan 5-i məktəblidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.