Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır

2-10-2018, 16:11           
Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır
Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır.

“Report”un əldə etdiyi məlumata görə, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru