Özbəkistan Baş Prokurorluğundan “Anam indi evdədir” açıqlamasına reaksiya:"Gülnarə Kərimova cəzasını çəkir"

3-10-2018, 07:20           
Özbəkistan Baş Prokurorluğundan “Anam indi evdədir” açıqlamasına reaksiya:"Gülnarə Kərimova cəzasını çəkir"
Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova məhkəmənin hökmünə əsasən cəzasını çəkir.

“RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edək ki, ötən gün G.Kərimovanın qızı İman Kərimova “Instagram”dakı səhifəsində 29 sentyabr tarixli İstanbul – London aviareysinin minik qəbzinin fotoşəklini yerləşdirərək “anam indi evdədir” yazıb.

Daha əvvəl Baş Prokurorluğun nümayəndəsi İman Kərimovanın Özbəkistanı maneəsiz tərk etdiyini təsdiqləmişdi/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru