Ermənistanda altı nazir vəzifəsindən azad edilib

3-10-2018, 07:31           
Ermənistanda altı nazir vəzifəsindən azad edilib
Ermənistan prezidenti Armen Sarkisyan "Daşnaksütün" və "Çiçəklənən Ermənistan" partiyalarını təmsil edən bir sıra nazirlərin vəzifələrindən azad edilmələri barədə fərmanlar imzalayıb.

“Report” xəbər verir ki, müvafiq qərarlar prezidentin saytında dərc olunub.

Prezidentin fərmanı ilə nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan vəzifələrindən azad olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru