Əlverişsiz hava şəraiti üzündən Moskva aeroportlarında 30-a yaxın reys ləğv olunub və ya saxlanılıb.
Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, "Domodedovo" hava limanında 12 reys ləğv olunub, 4-ü saxlanılıb. "Vnukovo"da 7 reys ləğv olunub, 3-ü saxlanılıb. "Şeremetyevo"da isə bir reys saxlanılıb.
Moskva vilayətində yaxın günlərdə güclü duman olacağı ilə bağlı xəbərdarlıq edilib.