CAR-da 2 qatar toqquşub: 150 yaralı

5-10-2018, 07:55           
CAR-da 2 qatar toqquşub: 150 yaralı
Cənubi Afrika Respublikasının Kempton-Prak şəhərində 2 qatar toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 150 nəfər xəsarət alıb, həla olan olmayıb.

Təcili yardım xidmətinin rəsmi nümayəndəsi Ekuruleni Uilyam Ntladi bildirib ki, hər iki qatar Pretoriyaya gedirmiş: "Görünür, platformada dayanan qatarda texniki problemlər baş verib. Bu zaman arxadan gələn digər qatar ona çırpılıb".

Hadisə yerində çox sayda təcili yardım və xilasedicilər briqadası cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.