Təhlükəli selfilər dünyada 259 nəfərin ölümünə səbəb olub

5-10-2018, 08:13           
Təhlükəli selfilər dünyada 259 nəfərin ölümünə səbəb olub
2011-ci ildən ötən ilə qədər dünyanın ayrı-ayrı ölkələrində çəkilən təhlükəli selfilər 259 nəfərin ölümünə səbəb olub.

"Report" BBC-ə istinadən xəbər verir ki, bu rəqəmlər ABŞ-ın Milli Tibbi Kitabxanasının araşdırmasında yer alıb.

Müəlliflər ölüm hallarının azalması üçün təhlükəli yerlərdə selfi qadağasının tətbiq edilməsinə çağırırlar. Söhbət xüsusən dağların zirvələrində, yüksək binalarda və göllərdə çəkilişlərin aparılmasından gedir. Bildirilir ki, bu yerlərdə faciəli hallar çox olub.

Araşdırmaya əsasən, dünyada selfi çəkilişləri zaman ən çox ölüm halları Hindistan, Rusiya, ABŞ və Pakistanda baş verib. Bundan əlavə, təhlükəli selfilər zamanı ölənlərin 72,5 faizi kişilərdir.

Müəlliflərin araşdırmasına görə, selfilər zamanı ölüm halları artır. Məsələn, 2011-ci ildə cəmi 2 ölüm halı qeydə alınıb. 2016-2017-ci illərdə təhlükəli selfilər zamanı müvafiq olaraq 98 və 93 ölüm hadisəsi qeydə alınıb.

Lakin araşdırmaçılar bildirirlər ki, selfi çəkilişlərindən faktiki ölüm sayı bundan çox ola bilər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru