Beyləqanın icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM
5-10-2018, 18:17
Beyləqan rayon icra hakimiyyətinin başçısı işdən çıxarılıb.
DİA.AZ bildirir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".