Çində elektrik stansiyasında qaz sızması 5 can aldı
6-10-2018, 06:32
Çində elektrik stansiyasında dəm qazının sızması nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
Open.az xəbər verir ki,, hadisə ölkənin şimalında, Qansu vilayətində baş verib. Məlumatlara əsasən, hadisə işçilərin qazanları yoxladıqları və təmir etdikləri zaman baş verib.
Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.