ABŞ-da sərxoş quşlar şəhəri dağıdır

6-10-2018, 07:00           
ABŞ-da sərxoş quşlar şəhəri dağıdır
ABŞ-ın Gilbert şəhərində quşların qeyri-adi davranışı yerli sakinlərin və mütəxəssislərin təəccübünə səbəb olub.

Oxu.Az NPR-ə istidadən xəbər verir ki, böyük miqdarda yetişmiş giləmeyvə yeyən quşlar özlərini sərxoş kimi aparır.

Belə ki, onlar özlərini binaların pəncərələrinə, avtomobillərə çırpır.

Şəhər sakinlərindən polisə çoxlu sayda şikayət məktubları daxil olub.

Şəhər polisinin rəisi bildirib ki, ərazidə yetişən bəzi giləmeyvə növlərində vaxtından əvvəl müşahidə olunan şaxtalı hava üzündən qıcqırma prosesi sürətlənib. Ehtimal olunur ki, məhz bu amil quşların qeyri-adi hərəkətlərinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru