Ermənistan parlamentinin keçmiş deputatı güllələnərək öldürülüb

7-10-2018, 10:14           
Ermənistan parlamentinin keçmiş deputatı güllələnərək öldürülüb
Ermənistan parlamentinin keçmiş deputatı Karo Karapetyan İrəvan restoranlarından birində mübahisə zamanı güllələnib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan deyib.

"İlkin məlumatlara görə, İrəvandakı restoranlardan birində düşən mübahisə zamanı atəş açılıb, nəticədə parlamentin sabiq deputatı Karo Karapetyan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər öldüyünü qeydə alıblar", - deyə Truzyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru