İnterpolun axtardığı azərbaycanlı həbs olundu

7-10-2018, 15:31           
İnterpolun axtardığı azərbaycanlı həbs olundu
Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Teref.az qaynarinfo.az-a istinadən xəbər verir ki, azərbaycanlı Ukraynaya Gürcüstan qeydiyyatında olan avtomobillə daxil olarkən saxlanılıb. Sənədlərin yoxlanması zamanı onun İnterpol xətti ilə axtarışda olduğu üzə çıxıb.
Sərhədçilər hadisə barəsində İnterpolun Ukrayna nümayəndəliyinə xəbər veriblər və azərbaycanlının axtarışıda olduğu təsdiqlənib. O, həbs edilib.
Onun Azərbaycanda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olduğu müəyyənləşib.
Sərhədçilər azərbaycanlını yerli polis əməkdaşlarına təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru