“İnterpol”un keçmiş rəhbəri korrupsiyada şübhəli bilinir – Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yaydı

8-10-2018, 12:42           
“İnterpol”un keçmiş rəhbəri korrupsiyada şübhəli bilinir – Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yaydı
“İnterpol”un istefa vermiş rəhbəri, Çin Xalq Respublikasının (ÇXR) ictimai təhlükəsizlik nazirinin müavini Men Xunbey korrupsiya və başqa cinayətlərdə şübhəli bilinir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, Çin Xalq Respublikası İctimai Təhlükəsizlik Nazirliyi partiya komitəsinin başçısı Çjao Keçji oktyabrın 8-də partiya təşkilatının iclasında Men Xunveyin rüşvət almaqda və başqa cinyətlərdə şübhəli bilindiyi haqqında məlumat verib.

Nazirliyin məlumatına görə, bununla bağlı Dövlət Nəzarət Komitəsi araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru