İrəvanın korrupsiya çirkabı: - 101 məmur həbs edildi

8-10-2018, 17:13           
İrəvanın korrupsiya çirkabı: - 101 məmur həbs edildi
Ermənistanda dövlət idarəetməsinin müxtəlif sahələrində korrupsiya təzahürləri aşkar edilib. Məktəb, məktəbəqədər təhsil müəssisələri, universitetlər, tibb mərkəzləri, sosial xidmətlər və “Aypost” nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi idarəsində yüzlərlə sui-istifadə halı ilə bağlı iş qaldırılıb. Bütün bu sui-istifadə halları kütləvi xarakter daşıyıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan danışıb.

“Son 9 ay ərzində 845 axtarış həyata keçirilib, 172 nəfər saxlanılıb. 1335 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onlardan 101 nəfəri vəzifədə olan məmurlardır. 142 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - Qriqoryan bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.