Bakıda ər-arvadı döyüb 25 min manatını apardılar

8-10-2018, 17:14           
Bakıda ər-arvadı döyüb 25 min manatını apardılar
Oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.

Cinayətdə şübhəli bilinən digər şəxsin də tutularaq məsuliyyətə cəlb olunması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru