Bakıda aptekdən quldurluq yolu ilə 2000 manat apardılar

9-10-2018, 10:35           
Bakıda aptekdən quldurluq yolu ilə 2000 manat apardılar
Yasamal rayonu, M.Həsənov küçəsi 1-də yerləşən aptekdə quldurluq faktı qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, gecə saatlarında naməlum şəxs aptekə daxil olaraq bıçaqla 1992-ci il təvəllüdlü Hilal Həsənovu hədələyərək 2000 manat pulu götürüb qaçıb. Zərərçəkən dərhal polisə məlumat verib. Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanının əməkdaşları müşahidə kameralarına baxış keçiriblər və əzcazçını dindiriblər.
Hazırda quldurluq edən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru