Maştağada qan töküldü: - “Uşaqların yanında məni təhqir edib”

9-10-2018, 10:58           
Maştağada qan töküldü: - “Uşaqların yanında məni təhqir edib”
Sabunçu rayonu, Maştağa qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, 1986-cı il təvəllüdlü Elsevər Hüseynov həmyerlisi, 1996-cı il təvəllüdlü Bəhram Abdullayev tərəfindən bıçaqlanıb. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı olunan E.Hüseynovun vəziyyəti həkimlər tərəfindən orta-ağır kimi qiymətləndirilir.
Hadisəni törədən şəxsə gəldikdə isə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib. Saxlanılan şəxs ilkin dinidrmələr zamanı törətdiyi cinayəti etiraf edərək bildirib ki, E.Hüseynov onu məhlənin cavanları yanında təhqir edib.

Faktla əlaqədar Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru