Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü – Azərbaycanda

9-10-2018, 12:34           
Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü – Azərbaycanda
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən “Turan” klinikasında qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb. Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru