Qəza hava limanına gedən yolu bağladı

10-10-2018, 09:27           
Qəza hava limanına gedən yolu bağladı
“Koroğlu” metrostansiyasının yaxınlığında Heydər Əliyev adına Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, iki eyni istiqamətdə hərəkət edən avtomobilin iştirakı ilə baş verən qəza yolda böyük tıxaca səbəb olub. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum olmasa da, hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Zərbənin şiddətindən avtomobillərin iksi də yolun əks istiqaməti üzrə dayanmışdı.

Qəza səbəbindən yolda böyük tıxac yaranıb. Hadisə günün pik saatında və yolda avtomobillərin çox olduğu zaman baş verdiyindən tıxacın uzunluğu Heydər Əliyev prospektinə qədər gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru