“Generallar vadisi”nin gizli əli: Sumqayıt Telefon Qovşağının rəisi imiş

31-10-2015, 20:54           
“Generallar vadisi”nin gizli əli: Sumqayıt Telefon Qovşağının rəisi imiş
A.Əsgərov təhlükəsizlik və rabitə sektorunda gedən həbslərin davamı olaraq qandallana bilər

Onun bu hadisələrin içərisindəki fəaliyyəti artıq araşdırılmaqdadır. Ona qarşı irəli sürüləcək ittihamlar da məlumdur. A.Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitini mənimsəmə maddələri ilə mühakimə olunacağı istisna edilmir. TQ rəisinin MTN-nin həbs edilən generallarının sifarişi əsasında gizli dinləmələr həyata keçirdiyi bildirilir.

TİA.AZ-a daxil olan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçmiş aparat rəhbəri, həbs edilən Vidadi Zeynalov A.Əsgərovun havadarı olub. Onların yaxın əlaqələri MTN-dəki ifşa edilən cinayətkar qruplaşmanın işinə yarayıb. Gizli dinləmələr hesabına ayrı-ayrı imkanlı adamları şantaj edən, onların milyonlarını soyan “generallar vadisi” A.Əsgərovun xidmətlərinin indi cəzasını çəkməkdədir. İddialara görə,Xəzər rayonu Telekommunikasiya Qovşağının rəisi kimi Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovun da gördüyü əməllər nəzarətdədir. Hətta ona seçkilərdən sonra cinayət işi başlanacağı söylənilir.

Bu gedişatla bağlı yazan qaynar.info-nun məlumatına görə Sumqayıt Telekommunikasiya Qovşağının rəisi postuna Vidadi Zeynalovun dəstəyi ilə təyin olunub. Həbs edilən Aparat rəhbəri ilə yaхınlığı qovşaq rəhbərini qorхuya salıb. Akif Əsgərovla Vidadi Zeynalovun yaхınlığını göstərən məlumatlar bu günə qədər mətbuatda dəfələrlə yayılıb. Həmin məlumatların birində bildirilir ki, sabiq Aparat rəhbəri Sumqayıt Telekommunikasiya Qovşağının rəisini “Aztelekom”a rəhbər təyin etdirmək istəyirmiş. Hətta ondan bu məqsədlə 350 min manat aldığı da iddia olunurdu. Akif Əsgərovu narahat edən məqam təkcə Vidadi Zeynalovla yaхınlığı deyil. Deyilənə görə, onun Eldar Mahmudovla müəyyən münasibəti olub. O, hətta sabiq MTN şefinin istəyi ilə qohumunu Sumqayıt Telekommunikasiya Qovşağında şöbə rəisi də təyin etdirib. Bu, Akif Əsgərovun ikinci “siyasi səhvi”dir. Belə ki, o, bundan əvvəl sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaхın münasibətdə olub. Həmin vaхt vəzifəsini itirməkdən və həbs olunmaqdan canını qurtaran qovşaq rəhbərinin işi bu dəfə daha da çətinə düşüb. Çünki artıq himayəçisi Vidadi Zeynalov onu qoruya bilməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.