Azərbaycanda deputat adam bıçaqlamasından DANIŞDI: "Sinif yoldaşım idi..."

19-04-2019, 19:43           
Azərbaycanda deputat adam bıçaqlamasından DANIŞDI: "Sinif yoldaşım idi..."
Deputat Fəzail Ağamalı fiziki və ya psixoloji təzyiq göstərən müəllimləri şiddətlə qınayıb.

Savash.org xəbər verir ki, deputat Azvision-a açıqlamasında bildrib ki, insana qarşı fiziki və ya psixoloji güc göstərməyin əleyhinədir:

"Müəllim heç bir halda təzyiq göstərməli deyil. Müəllim pedaqoq olmaqla bərabər psixoloq da olmalıdır. Əgər şagird istənilən səviyyədə müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bu zorakılığa, təzyiqə əsas yaratmır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalı və onun əsasında valideyn, psixoloq və müəllim birlikdə işləməlidirlər".

Millət vəkilinin sözlərinə görə, təzyiqlərə, fiziki və psixoloji zorakılığa üstünlük verənlərə müəllimlik yaraşmır. Onlar orta məktəbdə işləməli deyillər.

"Mən ən sərt sistemin dövründə orta məktəbdə oxumuşam. Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam. Sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim. Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.