Gizli kazinoların arxasında polis polkovniki dayanır? (FOTO,VİDEO)

3-11-2015, 15:06           
Gizli kazinoların arxasında polis polkovniki dayanır? (FOTO,VİDEO)
Qafqaznews.az olaraq bir müddətdir ki, ölkəmizin paytaxtında qanunsuz fəaliyyət göstərən gizli kazinoların əməlləri ilə bağlı ictimaiyyətə məlumat veririk. Bir müddət əvvəl Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 24 ünvanda “Livan şaurması” adı ilə gizli kazino-qumarxana fəaliyyət göstərməsi barədə məlumat vermişdik. Hətta əməkdaşımız həmin kazinodan reportaj hazırlayarkən onun mobil telefonu da əlindən alınmışdır. Məlumat üçün onu da bildirək ki, kafe ilə üzbəüz yerləşən H.Əliyev küçəsi, ev 36-nın sakinlərinin şikayətindən sonra Vergilər Nazirliyi reyd keçirərək həmin kafedə qumarxana oyunlarının keçirilməsini aşkar etmişdir. Ancaq səhərisi gün “Livan şaurması” adlı kafedə qumar oyunları yenidən fəaliyyətə başlayıb.
Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, həmin kazinonun arxasında polis polkovniki Mətləb Orucov dayanır. Mətləb Orucov axşamlar bir dəstə idmançı ilə “krışa”lıq etdiyi kazinolarda görsənir. Məlumat üçün bildirək ki, Mətləb Orucov vaxtı ilə Nərimanov RPİ-nin əməliyyat üzrə rəis muavini vəzifəsində xidmət edib. Həmin vəzifədə işləyərkən bir müddət Nərimanov RPİ-nin keçmiş rəisi Şamil Əliyevi əvəz edib.
Mətləb Orucov Nərimanov RPİ-nin rəis muavini vəzifəsindən azad olunaraq xidmətini Bakı BPİ-nin CAŞ-də davam etdirib və sonradan təqaüdə çıxıb. Hazırda isə Mətləb Orucov Bakı şəhərində bir neçə kazinolara “krışa”lıq edir. Qeyd edək ki, keçən il vesti.az-ın yazdığına görə, Mətləb Orucovun qardaşı Camal Orucov müəmmalı intihar hadisəsindən dünyasını dəyişib. Bütün bunlar onu göstərir ki, gizli kazinoların son ucu uzaqlara gedib çıxacaq. Bizi izləyin. Araşdırmamız davam edir.
teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.