İcra başçısını onun birinci müavini əvəz edəcək... - Yaxın günlərdə qərar veriləcək...
3-11-2015, 16:58
Adı "MTN işi"ndə hallandırılan Ağdam rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədovla bağlı "yuxarılar" tərəfindən konkret qərar verilib. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib.
Xəbəri verən mənbə iddia edir ki, hazırda Ağdam RİH başçısı postunda dəyişiklik üçün müəyyən prosedurlar həyata keçirilir: "bu isə o deməkdir ki, qərar yaxın günlərdə elan oluna bilər.
Məlumatı verən qaynaq dia.az-a açıqlamasında əlavə olaraq onu da bildirib kə, görəvdən alınandan sonra barəsində heç bir yeni təyinatı olmayacaq Raqub Məmmədovu indiki postunda Zülfü Qasımov əvəz edəcək.
Xatırladaq ki, Zülfü Qasımov hazırda Ağdam RİH başçısının birinci müavini vəzifəsini daşıyır...