Bakıda 8-ci kilometrdə narkotik alveri? FOTOLAR-Videolar

4-11-2015, 22:03           
Bakıda 8-ci kilometrdə narkotik alveri? FOTOLAR-Videolar
Xeyli müddətdir ki, qafqaznews.az saytı Bakı şəhərində qanunsuz narkotik-psixotrop maddələrin satışı ilə məşğul olan apteklərlə bağlı reydlər keçirərək silsilə yazılar dərc edir. Ancaq bütün bunlara baxmayaraq narkotik-psixotrop maddələrin satışının qarşısı alınmır, əksinə paytaxda bu maddələrin qanunsuz satışı günbəgün çiçəklənir.

Belə apteklərdən biri də 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 13-də yerləşən aptekdir.

Dünən əməkdaşlarımız bu aptekdən reseptsiz Tramadol adlı psixotrop dərmanının satışını videolentə alıb. Məlumat üçün bildirək ki, bu aptekdən əvvəl əməkdaşlarmız Nərimanov rayonu Azadlıq prospekti 235 c və 235 d ünvanda yerləşən apteklərdə də reydlər keçirib Lyrica adlı psixotrop dərmanların satışını videolentə almışdır. Кадр videoplayback (00-00-59)Həmin ərazi Nərimanov RPİ-nin 16- cı Polis Bölməsinin sahəsi olduğuna baxmayaraq həmin bölmənin əməkdaşı müxbirimizi aldadaraq bildirib ki, guya həmin ərazi Binəqədi RPİ-nin 4- cü Polis Bölməsinin ərazisidir.

Bunu nəzərə alaraq bildiririk ki, dünən reyd keçirtdiyimiz 8 -ci mikrorayon Cəfər Xəndan küçəsi 13 -də yerləşən “Elite” aptekinin ərazisi Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aiddir. Reydlərimiz davam edir. İnanmaq istəyərdik ki, hüquq-mühafizə orqanları yaxın günlərdə bu cinayət əməlləri ilə bağlı açıqlama verəcək.
[media=https://www.youtube.com/watch?v=fRGJWE_Of4w]
[media=https://www.youtube.com/watch?v=KyOYjfW_Nho]














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru