“Unibank” müştərilri "fırlatmaq" dan, müştərilər şikayət etməkdən yorulmadılar

6-11-2015, 22:53           
“Unibank” müştərilri "fırlatmaq" dan, müştərilər şikayət etməkdən yorulmadılar
“Unibank” şirkətindən növbəti şikayət var.

TİA.AZ xəbər verir ki, İlqar Əfəndi adlı “Facebook” istifadəçisi üzləşdiyi problemdən yazıb. Onun sözlərinə görə, oktyabrın 14-ü, saat 23:15-də (onetwotrip.com) saytı vasitəsi ilə Albalı Plus kartı hesabına aviabilet alıb:
“Məbləğ 1000 manatdan yuxarı alıb. Həmin məbləğ balansımdan 16 oktyabr tarixində tutulub. Şəxsi kabinetə baxarkən bunu görmək olur. Lakin eyni tranzaksiya kodu ilə eyni məbləğ blok da edilib. 19 oktyabr 10:30 radələrində Unibankın müştəri xidmətləri ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək istədim.
Telefonçu xanım THY müraciət etməyimi dedi. Aviaşirkət blok etdiyini düşündüyü üçün. Zəngin üzərindən 5 dəq sonra daha bir zəng aldım. Unibankdan və xanım dedi ki, yazmağa ehtiyac yoxdur, bloka salınan məbləğ THY tərəfindən blok edilməyib.
Rəhbərliyə müraciət edəcəyini və gün ərzində məbləğin blokdan çıxarılmağına yardımçı olacağını dedi. 21 oktyabr kartımla (ALBALI PLUS GOLD MASTER CARD) başqa bir saytda ödəniş edərkən balansımın yetərsiz olduğunun şahidi oldum və yenidən Unibanka zəng elədim”.
İ.Əfəndi bildirib: “Telefonçu xanım: “Sizin müraciətiniz artıq rəhbərliyə yönləndirilib, sizinlə gün ərzində əlaqə saxlayacayıq, mən bir daha lazımı şöbəyə bu məsələ ilə bağlı məktub göndərəcəm” deyərək məni problemin həll ediləcəyinə əmin etdi.
Lakin artıq bu gün 27 oktyabr bir daha ödəniş etmək istədiyim halda balansımın yetərsiz olduğunu görəndə bir daha Unibankla əlaqə saxladım ki, bəs bu gün-sabah deyərək artıq 10 günü keçdik... Telefonçu xanım utanmasaydı və ona icazə verilsəydi məni borclu çıxardır da bu söhbətdə:
“Məbləği bloka Unibank salmayıb – Bəs kim salıb ? THY? – Xeyr, THY-də salmayıb. Sadəcə, ödəniş edərkən məbləğ iki dəfə bloka düşüb, biri THY ödənilib, ikincisi isə 30 (OTUZ) iş günü ərzində balansınıza qaytarılacaq – 30 iş günü?
Yani rəsmən deyirsiniz ki, 1500 AZN limiti olan kartdan 2000 AZN-dən çox pul tutmusunuz, balansım mənfidir və mən kartdan istifadə etməyim?” Sonuncu sualıma cavab almadım, xanım sualdan qaçaraq tutulan məbləğin böyük olduğunu vurğuladı, lakin bloka salınan məbləğə görə Unibankın cavabdeh olmadığını tutdurmuşdur.
Mənə indi maraqlıdır: sayt vasitəsi ilə THY pul ödənilib, pulu THY artıq alıb, lakin 2-ci dəfə eyni məbləğ niyə bloka düşsün ki?
Düşübsə, niyə görə bunu blokdan çıxartmaq 30 iş günü çəkir? Bu məbləğə görə kim cavabdehdir ümumiyyətlə? Albalı Plus taksit (kredit) kartıdır, mən indi ayın 10-na kimi sizin səhvən tutduğunuz məbləği niyə ödəməliyəm və ya ödəmədiyim halda niyə görə mənim kredit tarixçəmə neqativ addım düşməlidir ki?
P.S. Sonuncu müraciətim zamanı məni borlcu çıxartmağa çalışan xanım “siz dəyərli müştərisiniz deyə, 19 və 21 oktyabr zamanı etdiyiniz müraciət rəhbərliyə istisna hal olaraq göndərilmişdir və müsbət cavab alınmamışdır, əks halda biz bunu heç etməzdik belə” söz atmağı da unutmadı!
Unibank, dəyəri yüksək olan müştərini yola vermirlər, problemini həll edirlər, özü də ki, sizin sistemdə baş verən proses nəticəsində əmələ gələn problemi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.