Vidadi Zeynalovun «pul kəsən maşını»
16-11-2015, 13:34
Gəncə TKQ-nin rəisi Əli Hüseynovun sabiq aparat rəhbərinin ən yaxın adamı olduğu deyilir
Bir müddət əvvəl işdən azad edilərək, sonra da həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun daha bir yaxın adamı ilə bağlı araşdırmalara başlanılıb. Redaksiyaya verilən məlumata görə, həmin şəxs Gəncə Telekommunikasiya Qovşağının rəisi Əli Hüseynovdur.
Məlumatlarda deyilir ki, MTN işi ilə əlaqədar istintaq aparaq qurumun nümayəndələri artıq Gəncə TKQ-da baş verənləri də araşdırmaq üçün son hazırlıqlara başlayıb. Məlumatlı mənbənin sözlərinə görə, Əli Hüseynovun ilk olaraq həfdə gəlməsinin səbəbi isə onun Vidadi Zeynalovla çox yazın olması ilə yanaşı, həm də «kassiri» kimi tanınmasıdır. teref.az yazır ki,JAM.AZ-a verilən məlumatlarda iddia edilir ki, Əli Hüseynovun RYTN-də daha çox Vidadi Zeynalovun «pul kəsən maşını» kimi təqdim edirmişlər.
Qeyd edək ki, Gəncə TKQ-nın rəisi Əli Hüseynov 10 iyul 1960-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, 1989-cu ilin iyulundan Gəncə şəhər «Mətbuat Yayım» agentliyində satış üzrə meneger kimi fəaliyyətə başlayıb, 1992-ci ildən həmin müəssisədə rəis müavini, 1997-ci ildən isə Gəncə şəhər «Mətbuat Yayım» agentliyinin rəisi vəzifəsində işləyib. 2004-cü ilin iyun ayından etibarən isə Gəncə Telekommunikasiya İdarəsinin rəisi işləyir.
Qarşı tərəfi də dinləməyə hazırıq.